Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Azad fikir, sərbəst düşüncə” başlıqlı dəyirmi masa  keçirilib

03.05.2025

03.05.2025-ci il tarixdə Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsi və Uşaq şöbəsi birlikdə 3 May - Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibəti ilə "Azad fikir, sərbəst düşüncə" başlıqlı dəyirmi masa  keçirib. Tədbiri Mərkəzi Kitabxananin əməkdaşı Əliyeva Günay açaraq qeyd etdi ki,  1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunub. Hər il mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.
Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır. Digər cıxış edən iştirakçılarda muasir dövrdə informasiyaların  düzgün çatdırılmasında mətbuatın rolunun əhəmiyyətindən danışdılar.